XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

18 Sentyabr 2017 - 22:20

Alimlər DNT əsasında qədim heyvanları “dirildəcəklər”

Alimlər Qalapaqos tısbağalarını “diriltmək” niyyətindədirlər. Bunun üçün elm adamları nəsli kəsilmiş bu heyvanların DNT-lərindən istifadə edəcəklər.

AZƏRTAC “RİA Svejiy Veter” saytına istinadla xəbər verir ki, alimlər beş il müddətində nəsli kəsilmiş Qalapaqos tısbağalarını yenidən “həyata qaytarmağı” düşünürlər. Beynəlxalq tədqiqatçılar qrupu İsabella adasında çarpazlaşdırılmış tısbağa növü aşkar edib. Ekspertlər aşkar olunmuş heyvanlardan götürülmüş DNT nümunələrində nəsli kəsilmiş yerli Qalapaqos tısbağalarının izlərini aşkar ediblər. Hazırda mütəxəssislər nəsli kəsilmiş tısbağaların genlərini digərlərindən ayırmaq və ilkin görünüşlərini bərpa etmək üzərində işlər aparırlar.

Onların fikrincə aparılan çalışmalar yalnız beş il sonra öz bəhrəsini verə bilər.