XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 December 2015 - 06:44

Bu tortun bir dilimi 1375 dollara satıldı – FOTO

Uels şahzadəsi Diana və şahzadə çarlzın 1981-ci ildə baş tutan toy mərasimdə kəsdikləri tortun bir parçası qablaşdırılaraq saxlanılmışdı.

Kral ailəsinə məxsus həmin tort dilimi 34 ildən sonra hərracda 1375 ABŞ dollarına satılıb. Qutunun üzərində gümüşü həriflərlə şahzadə çarlzın və Diananın adlarının baş hərifləri “CD/ Bukinhem sarayı/29 iyul 1981” yazılıb.

Şahzadə Uilyam və Keyt Midltonun 2011-ci il aprelin 29-da olmuş toyunun tort dilimi isə 2013-cü ildə hərracda 4 min ABŞ dollarına satılmışdı.

Azərtac