XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

30 Dekabr 2015 - 11:09

Dubayın öz “Tac-Mahal”ı olacaq – 1 milyardlıq möhtəşəm layihə

Dünya memarlıq sənətinin şah əsərlərindən olan «Tac-Mahal»ı ziyarət etmək üçün Hindistana gedə bilməyənlər onun bənzərini Dubayda görə biləcəklər.

«Tac-Ərəbiyyə» adını daşıyacaq bu türbə 2020-ci ilədək tikilib başa çatacaq. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, türbə «Dubailand» parkında yerləşəcək. 8 hektarlıq ərazini əhatə edəcək yeni kompleksdə 5 ulduzlu otel, dükanlar və 2 min nəfərlik əyləncə mərkəzi də olacaq. Layihəyə ümumilikdə 1 milyard dollar xərclənəcək. 

Layihənin müəllifləri iddia edirlər ki, «Tac-Ərəbiyyə» əmirliyin tarixində ən nəhəng memarlıq nümunələrindən biri olacaq.

Mümtaz Mahal və Cahan şah

«Tac Mahal» Hindistanın qədim və məşhur abidələrindəndir. Aqra şəhərində, Camna çayı sahilində yerləşən bu abidə Böyük Moğolların türk, İslam və hind memarlıq üslublarının elementlərini birləşdirən ən möhtəşəm abidəsidir.

Böyük Moğollar  İmperiyasının  hökmdarı, Əmir Teymurun nəslindən olan Cahan şahın əmri ilə xanımı Mümtaz Mahalın şərəfinə ucaldılmış “Tac-Mahal” həm də əbədi məhəbbətin rəmzi hesab olunur.

“Tac-Mahal”  Hindistanın hər il milyonlarla turist cəlb edən ən görməli yerlərindən biridir. Bu abidə 1983-cü ildə UNESCO-nun  Dünya Mədəni İrs Siyahısına,  2007-ci ildə isə ümumdünya səsverməsi nəticəsində dünyanın Yeddi yeni möcüzəsi siyahısına salınıb.