XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Oktyabr 2017 - 21:50

Gələcəkdə texnologiyalar bir çox peşələri əvəz edəcək –Taksi sürücüsü, həkim olacaq robotlar...

Gələcəkdə texnologiyalar bir çox peşələri əvəz edəcək.

Tayvanın “TSMC” şirkətinin qurucusu və baş direktoru Morris Çan “Reuters” nəşrinə müsahibəsində gələcəklə bağlı öz fikirlərini səsləndirib. AZƏRTAC xəbər verir ki, onun fikrincə, gələcəkdə indiki peşələrin bir çoxuna ehtiyac olmayacaq. M.Çan hesab edir ki, texnologiyaların indiki templə inkişafı şərti ilə artıq 10-20 il sonra robotlar taksi sürücüsünü əvəz edəcəklər. Bundan başqa, süni intellekt texnologiyaları həkimləri əvəz edəcək, çünki kompüter daha sürətli və dəqiq diaqnoz qoya, həmçinin pasiyentlərlə məsafədən konsultasiya apara biləcək.