XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

05 Yanvar 2016 - 12:04

Bir bilet həyatını dəyişdi – 600 min avro

Latviyada ölkənin lotereya tarixindəki ən böyük uduş qeydə alınıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Latviya sakini “Keno” adlı oyunda iştirak edərək 10 doğru rəqəmi tapıb və böyük uduşun – 600 min avronun sahibi olub.

Qalibin adı açıqlanmır. Onun lotereya biletini internetdən 23 avroya aldığı bildirilir. 

Buna qədər ölkədə lotereyadan udulan ən böyük məbləğ 367,3 min avro olmuşdu. Bu məbləği ölkə vətəndaşlarından biri 2013-cü ildə «Super Bingo» lotereyasından qazanmışdı.