XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Oktyabr 2017 - 05:30

Asiyada milyarderlərin sayı ABŞ-ı keçdi –Dünya zənginlərini sərvəti 6 trilyon dollara çatıb

Asiya regionu 2016-cı ildə milyarderlərin sayına görə ABŞ-ı keçib. 

APA-nın “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, bu barədə “UBS Group” maliyyə holdinqinin məlumatında bildirilir.

Məlumata görə, Asiyada milyarderlərin sayı 117 nəfər artaraq 637-ə çatıb, ABŞ-da isə bu göstərici 563 nəfər təşkil edib. Dünyada ən zəngin insanların ümumi sərvətinin həcmi il ərzində 17 faiz artaraq 6 trilyon dollara çatıb. Bununla belə, pul kütləsinin böyük hissəsinə – 2,8 trilyon dollara, əvvəlki kimi, amerikalılar nəzarət edir. Asiya üzrə isə bu göstərici 2 trln. dollar təşkil edir.

“UBS Group”un məlumatına görə, Asiyada milyarderlərin sayının artması Çində iqtisadi inkişafla bağlı olub. 2016-cı ildə milyarderlərin siyahısına keçən insanların 75 faizi Çin və Hindistandandır.