XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

27 Oktyabr 2017 - 15:37

Tramp niyə spirtli içki içmədiyini açıqladı:“Böyük qardaşım alkoqolik idi, 43 yaşında öldü”

ABŞ Prezidenti Donald Tramp içki içməməsi və siqaret çəkməməsi barədə danışıb.

D.Tramp içki və siqaret aludəçisi olmadığı üçün böyük qardaşına minnətdar olduğunu deyib. O, bildirib ki, qardaşı Fred Trampın həyat təcrübəsini həmişə xatırlayır. Bu haqda Ağ Evdə çıxışı zamanı danışan D.Tramp qeyd edib ki, qardaşı həyatının böyük hissəsini alkoqolizmdən əziyyət çəkib və 43 yaşında həyatını itirib: “O dəfələrlə mənə içməməyi tövsiyə edib. Mən Fred sayəsində bu dərsi öyrəndim”. (Trend)