XƏBƏR LENTİ

15 Dekabr 2019
14 Dekabr 2019

Digər Xəbərlər

27 Oktyabr 2017 - 21:30

VikiLiks Kennedinin qətlinə dair məxfi sənədlər üçün 100 min dollar mükafat verəcək

VikiLiks təşkilatı ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qətlinə dair ABŞ hökumətinin dərc etməyəcəyi məxfi sənədləri təqdim edən şəxsə 100 min dollar mükafat verəcək.

TASS informasiya agentliyi xəbər verir ki, mükafat materiallar qanun pozuntusunu, yarıtmaz fəaliyyəti və ya ABŞ hökumətinin səhvlərini üzə çıxaracağı təqdirdə veriləcək. Bu barədə məlumat təşkilatın rəsmi “Twitter” səhifəsində yerləşdirilən bəyanatda yer alır. Qeyd edək ki, bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp Con Kennedinin qətli ilə bağlı əvvəllər məxfi saxlanılan 2,8 min sənədi Milli Arxivin saytında dərc etmək barədə sərəncam verib.

Prezidentin sözlərinə görə, ictimaiyyət tarixin axarını dəyişdirən bu hadisə ilə əlaqədar insanların tam həcmdə informasiya əldə etmələri üçün Con Kennedinin qətlinə dair sənədləri hökumətin mümkün qədər daha çox əlçatan edəcəyini düşünür. O, həmçinin bildirib ki, bəzi qurumların tələbinə əsasən, bu məsələ ilə bağlı digər sənədlər yenə də məxfi qalacaq.