ABŞ-n ikinci prezidenti 1735-ci il oktyabrın 30-da Breyntridə fermer, kiçik keşiş, şəhər sovetinin üzvü böyük Con Adamsın ailəsində doğulub. ABŞ tarixində ilk dəfə siyasi partiyaların iştirakı ilə alternativli seçkilərdə Tomas Ceffersondan 6,8% çox səs alaraq prezident seçilib. Birinci Amerika burjuaziya inqilabının görkəmli xadimi, ilk vitse-prezident və ikinci prezidentdir (1797—1801). Hüquqşünas olub. Xanımı Abigel Adamsla birlikdə siyasətçilərin tam bir sülaləsinin banisidir. Oğlu Con Kuinsi Adams 1825-ci ildə Amerikanın altıncı prezidenti seçilib.
Siyasi karyerası Amerika və İngiltərə mətbuatında dərc etdirdiyi siyasi analizlərlə başlanıb. 1774-cü ildə Massaçusets milli konqresinə seçilib. I və II Qitə konqreslərində iştirak edib. İstiqlal bəyannaməsində onun da imzası var və sənədin tərtibində birbaşa iştirak edib. Corc Vaşinqtonu Qitə ordusunun komandanı təyin etməyi irəli sürüb.
1777-1779-cu illərdə Fransada səfir olub, diplomatik sahədə əvvəlcə az şeyə nail olub.
1780-də Hollandiyaya səfir göndərilib, burada yerli hökuməti və xalqı öz dövlətinə rəğbətləndirib.
1783-cü ildə Paris Barış müqaviləsinin tərtibində iştirak edib.
1785-1788-ci illərdə Böyük Britaniyada səfir olub, Londonda “Defence of the Constitution and Governement of the United States”-i (3 c. 1787) nəşr etdirib.
1788-ci ildə Amerikaya dönüb federal partiyanın başında dövlət quruluşunda dəyişikliklərə girişib, 1789-cu ildə vitse-prezident seçilib. Adams 1796-cı ildə Amerika prezidenti seçilib. Onun idarəçilik dönəmi böhran və münaqişələrlə yadda qalıb.
Bu gün gördüyümüz Ağ Ev onun dövründə inşa olunub və bu iqamətgahın ilk sakini o olub.
Tomas Cefferson
Prezidentlik müddəti bitəndən sonra siyasi karyerasının bitdiyini elan edib. Lakin siyasi mövzularda qızğın yazışmaları davam etdirib (xüsusən də əsas opponenti və bu zaman Amerikanın III prezidenti olan Tomas Ceffersonla).
Con Adams 1826-cı il iyulun 4-də dünyasını dəyişib. İstiqlal bəyannaməsi imzalandıqdan düz 50 il sonra.
Onun son sözü bu olub: “Tomas Cefferson hələ sağdır”.
Amma onun əsas siyasi rəqibi Tomas Cefferson artıq… ölmüşdü. Elə həmin gün… Adamsdan bir neçə saat qabaq…
Cons Adamsın müdrik deyimləri
Bir dəfə itirilən azadlıq həmişəlik itirilir.
***
İllik seçkilər bitən yerdə köləlik başlanır.
***
İnsanların ən dəhşətli və qibtə oyadan biliyə sahib olmaqda danılmaz və alınması mümkünsüz hüququ var. Mən onların rəhbərlərinin xarakterini və fəlaiyyət üsullarını nəzərdə tuturam.
***
Hakimiyyət Allahın qanunlarını pozanda həmişə düşünür ki, O-na xidmət edir.
***
İstənilən adama heç vaxt imkan verməyin ki, hakimiyyətlə azadlığı təhdid etsin.
***
Öz həyatımın uzun illəri boyu başa düşdüm ki, bir səmərəsiz adam – sadəcə, rüsvaylıqdır, ikisi – hüquq firmasıdır, üçü və daha çoxu – Konqresdir.
***
Zorakılıq sivilizasiyanı məhv etmək üçün zərurət deyil. Hər bir sivilizasiya onu yaratmış nadir dəyərlərə laqeydlikdən ölür.
***
Kim 15 yaşında demokrat deyilsə, ondan heç nə çıxmaz, lakin 20 yaşında demokrat olan da yaxşı deyil.
***
Sizin fəaliyyətiniz başqalarını daha böyük şey arzulamağa, daha çox öyrənməyə, dasha çox iş görməyə ruhlandırırsa, deməli, siz lidersiniz.
Strateq.az