XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2017 - 11:38

Oyun həvəskarları üçün smartfon- 600 dollara

“Razer” şirkəti Londonda keçirilən təqdimatda oyun həvəskarları üçün nəzərdə tutulan ilk “Razer Phone” smartfon modelini nümayiş etdirib.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, qurğu yüksək məhsuldarlıqlı “Snapdragon 835” prosessor, 4 min milliamper/saat tutumlu akkumulyator və 8 giqabaytlıq operativ yaddaşla təchiz edilib.

Smartfon iki – qoşa 12 meqapikselli əsas (enlibucaqlı və teleobyektiv) və 8 meqapikselli ön kameraya malikdir. Qurğu satışa çıxarılan zaman “Android Nougat 7.1.1” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək, lakin növbəti ilin birinci rübündə əməliyyat sisteminin “Android Oreo” (8.0) versiyasınadək yenilənməsi gözlənilir.

“Apple” şirkətinin yaratdığı tendensiyaya əməl edən “Razer” qurğuda qulaqcıqlar üçün 3,5 millimetrlik çıxış quraşdırmayıb. Şirkət nümayəndələri bunu smartfonun daxilində akkumulyator və dinamiklər üçün yer çatışmazlığı ilə izah ediblər.

Noyabrın 17-dən etibarən Şimali Amerika və Avropada satışa çıxarılacaq smartfonun qiyməti 600 dollar təşkil edəcək.