XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Noyabr 2017 - 16:47

“Ağıllı“ telefonlar üçün çətin qırılan ekranlar hazırlanır- FOTO

İngiltərənin Sussex Universitetinin tədqiqatçıları “ağıllı” telefonların xroniki problemi olan ekran qırılmasına qarşı çarə tapıblar.

Azərtac Türkiyənin “Milliyet” saytına istinadla xəbər verir ki, “ağıllı” telefonların ekranlarının tərkibində şəffaf və olduqca keçirici indium qalay oksid maddəsindən ibarət lent mövcuddur. Toxunmaya həssaslığı ilə seçilən bu lent ekranın qırılmağa davamlılığını azaldır. Tədqiqatçılar gələcəyin maddəsi sayılan qrafen və gümüş nanopartikülleri bir araya gətirərək xüsusi bir lent kəşf ediblər. Onların sözlərinə görə, bu lent vasitəsilə daha sərt, həssas, az enerji tələb edən ekranlar istehsal olunacaq. Lentin hazırlanması yüksək xərc tələb etdiyi üçün istehsalçılar köhnə sistemə daha çox üz tuturlar. Bu texnologiya qlobal olaraq genişlənərsə, ekran qoruyucusundan istifadə ortadan qalxa bilər.