XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

05 Noyabr 2017 - 10:42

Ərdoğan Bakıda dəmir yoluna vurduğu külüngü  özü ilə aparıb –Xatirə olaraq  

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xəttinin açılışında istifadə etdiyi külüngü  xatirə olaraq ölkəsinə aparıb.

Bu haqda Türkiyənin “Milliyyət” nəşri yazıb.

 Xatirladaq ki, BTQ-nin açılışı oktyabrın 30-da Bakıda olub. Təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri iştirak edirlər.