XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Noyabr 2017 - 09:48

Dünyada və Azərbaycanda ən populyar maşınlar hansıdır? –SİYAHI

Böyük Britaniyanın "Park Indigo" şirkəti dünyada ən populyar avtomobillərin siyahısını açıqlayıb.

"APA-Economics" xəbər verir ki, müvafiq infoqrafika şirkətin saytında dərc olunub.

"Toyota Hilux" markalı avtomobil dünyanın 25 ölkəsində ən çox satılan avtomobildir.

İkinci yerdə "Volkswagen Golf" markalı avtomobil qərarlaşıb ki, ona daha çox Avropa ölkələrində tələbat var. 

İlk üçlüyə daxil olan "Toyota Land Сruiser" daha çox Afrika və Yaxın Şərqdə məşhurdur.

Şimali Amerikanın dəyişməz lideri "Ford F-150" markalı avtomobildir.

Tədqiqatlara əsasən, Rusiyada ən çox satılan avtomobil ünvanını "Hyundai Solaris" qazanıb.

Azərbaycanda ən çox satılan avtomobil "LADA 4×4"-dür.