XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

08 Noyabr 2017 - 19:27

Suyu təmizləyən “butulka”- FOTO

Zahirən metal korpusa malik adi butulkaya bənzəyən “Quartz”ın daxilində suyun mikrob və digər təhlükəli orqanizmlərdən təmizlənməsi üçün kiçik ultrabənövşəyi lampa yerləşdirilib.

Azərtac “hi-tech.mail.ru” saytına istinadla xəbər verir ki, butulka 0,5 litr su tutur. Suyu təmizləmək üçün ultrabənövşəyi lampanı bir dəqiqəlik işə salmaq lazımdır. Qurğunun istehsalçıları “Quartz”ın inteqrasiya edilmiş akkumulyatorundan iki ay ərzində istifadənin mümkünlüyünü bildiriblər. Batareya MicroUSB konnektoru vasitəsilə enerji toplayır. Qacetdən istənilən yerdə istifadə etmək mümkündür. Həmçinin termos kimi işləyən butulkanı təmiz suyun çətin tapıldığı yerlərə aparmaq olar.

Layihə “Kickstarter” platformasında yerləşdirilib və artıq lazımi məbləği toplayıb. İlk alıcılar qacetləri 2018-ci ilin martında 59 dollara əldə edə biləcəklər.