XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

08 Noyabr 2017 - 22:31

Uçan taksi- “Uber” və NASA layihə üzərində birgə işləyəcək

ABŞ-ın aeronavtika və kosmik fəzanın tədqiqatı üzrə milli idarəsi (NASA) və “Uber Technologies Inc.” kompaniyası elektriklə işləyən uçan taksi layihəsini müştərək hazırlamaq barədə saziş imzalayıblar.

Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, “Uber” şəhər şəraitində yeni hərəkət modelinin sınaqlarının 2020-ci ildə başlayacağını bildirib. “UberAir” servisinin fəaliyyətə başlayacağı ilk şəhər Los-Anceles olacaq. Bir qədər sonra isə Dallas da servisə qoşulacaq.

“Uber” kompaniyasının məhsullar üzrə baş direktoru Ceff Holdenin sözlərinə görə, şəhər əhalisi 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarınadək uçan taksilərdən aktiv istifadə edə biləcək.

Layihəni dəstəkləyəcəyini bildirən Los-Ancelesin meri Erik Qarsetti bu şəhərin “yeni texnologiyalar üçün ideal poliqon” olduğunu qeyd edib.

“Embraer”, “Bell Helicopter”, “Pipistrel”, “Aurora Flight Sciences” və “Mooney Aviation” kompaniyaları layihə üçün texnika və pilot təqdim edəcəklər. “Uber” isə yerüstü daşımalarda olduğu kimi, sərnişinlərə sifariş etmək imkanı verən proqramla məşğul olacaq.

Layihədə alçaq hündürlükdə hərəkət edən vertikal uçuş və eniş aparatlarından istifadə olunması nəzərdə tutulur. Sonradan “Uber” pilotsuz uçuş aparatlarına keçməyi planlaşdırır ki, bu da tarifləri ucuzlaşdırmağa imkan verəcək.

Kompaniya, həmçinin NASA ilə birlikdə insan əməyi olmadan yeni hava hərəkətinin idarəsi sistemini hazırlayacaq.