XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 November 2017 - 15:47

Nazarbayev arzusunu açıqladı:“Kamçatkaya getməyi çox arzulayıram, amma heç cür alınmır”

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Uzaq Şərqdə olmaq arzusunda olduğunu bildirib.

Trend-in məlumatına görə, o, bu barədə Çelyabinskdə Rusiya-Qazaxıstan regionlararası əməkdaşlıq forumunda çıxış edərkən deyib. O, hər iki ölkənin turizm potensialından danışıb. N.Nazarbayev qeyd edib ki, Rusiyada qazaxıstanlı turistləri maraqlandıracaq çoxlu yerlər var: “Rusiyada elə regionlar var ki, biz, qazaxıstanlılar hələ də tanımırıq. Mən Uzaq Şərqə, Kamçatkaya getməyi çox arzulayıram, amma heç cür alınmır”.