XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

10 Noyabr 2017 - 18:24

Barak Obamanı işə götürmədilər –Sabiq prezidentin müraciəti rədd edildi – VİDEO

ABŞ-ın sabiq prezidenti Barak Obama Çikaqo şəhər məhkəməsinə münsif olmaq üçün müraciət edib. 

Sputnik Azərbaycan "The Guardian"-a istinadən xəbər verir ki, onun müraciəti qəbul olunmayıb. Müraciətinin qəbul olunmamasına baxmayaraq, Obamanın əhvalı pozulmayıb. Keçmiş dövlət başçısını məhkəmə koridorunda görən vətəndaşlar xoş həyacan yaşayıblar. Onlar Obamaya yaxınlaşaraq imza alıblar.

Qeyd edək ki, ABŞ məhkəmələrində münsiflər həyətinə vətəndaşlar içərisindən də seçilmək mümkündür. Bunun üçün ilk növbədə məhkəməyə müraciət eləmək lazımdır. Barak Obamanın müraciətinin qəbul edilməməsinə səbəb, onun əvvəl münsif olduğu dövrlərdə məhkəmədəki proseslərə gəlməməsi olub.