XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

29 Noyabr 2017 - 14:46

Elastik robot- Çəkisindən min dəfə ağır yükləri qaldıracaq (FOTO)

Harvard və Massaçusets texnologiya institutlarının tədqiqatçıları çəkisindən təxminən min dəfə ağır yükləri qaldıra bilən elastik robot yaradıblar. Robotun süni əzələləri plastik və metaldan düzəldilib.

Azərtac “Life” resursuna istinadla xəbər verir ki, alimlərin təqdim etdiyi robotlaşdırılmış “əl” skeleti plastik konteyner paketli yüngül metal konstruksiyadan hazırlanıb. Paketlərdən hava sorulub çıxarılan zaman skelet yay kimi sıxılaraq qoşulmuş yükü qaldırır. Yükü aşağı salmaq üçün isə “əli” hava ilə doldurmaq lazım gəlir.

Tədqiqatçıların sözlərinə görə, çəkisi 3 qram olan “əl” 3 kiloqramadək yükü qaldıra bilir. Robot çox ucuz başa gəlir: alimlər sadə nümunənin yığılması üçün 1 dollar və 10 dəqiqəyə yaxın vaxt sərf ediblər.

Bu, robotların hazırlanmasında orijinal layihə sayılmasa da, tədqiqatçılar ağırlıqların qaldırılması üçün çox ucuz və yüngül qurğu yaratmağa nail olublar. Onların sözlərinə görə, robotu istehsalatda istifadə etməklə, yüklərin qaldırılma prosesini ucuzlaşdırmaq və insan zədələnmələri riskini azaltmaq mümkündür.