XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2017 - 18:38

Fotoşəkili animasiyaya çevirən proqram hazırlanıb- ABŞ-da

ABŞ-ın “Mug Life” LLC şirkəti fotoşəkillərdən animasiya yaradan proqram hazırlayıb. Proqramdan hələlik yalnız “Apple” qurğularının istifadəçiləri faydalana bilərlər.

Azərtac “nanonewsnet.ru” saytına istinadla xəbər verir ki, fotoşəkillərin emalı üç mərhələdən ibarətdir: əvvəlcə proqram fotoşəkili həcmli bloklara bölür, sonra onları seçilmiş filtrə uyğun olaraq hərəkətə gətirir və şəkili bərpa edir. Nəticədə adi şəkilin animasiyalaşdırılmış modeli alınır. Proqramda hazır modellər seçməklə yanaşı, yeni modellər yaratmaq da mümkündür.

Qeyd edək ki, “Mug Life” bu proqramdan əvvəl ötən il “face2face” – bir insanın üz hərəkətlərini başqasının təsvirinə daşıya bilən kompüter sistemi təqdim edib.