Çində sürücüsüz avtobuslar istifadəyə verilib.
Azərtac xəbər verir ki, Çinin Shenzhen şəhərində saatda maksimum 30 kilometrədək sürətə çata bilən sürücüsüz avtobuslar istifadəyə verilib. Avtobuslar radar sensoru, kamera və GPS ilə təchiz olunub.
Fövqəladə vəziyyətlərdə “manuel” rejimə alınaraq nəzarət edilə bilən avtobus üzərindəki radarlar sayəsində piyadalara və əşyalara dəymədən hərəkət edir.
Müəyyən marşrutda xidmət göstərən avtobus xüsusi proqramla əvvəlcədən müəyyən edilmiş dayanacaqlarda dayanır.