XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

11 Dekabr 2017 - 00:41

Şahbuzda voleybol turniri keçirildi –Kolanı məktəbi çempion oldu

Şahbuz Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının Gənclər Birliyinin təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında rayonun ümumtəhsil məktəblərinin oğlan şagirdlərindən ibarət voleybol komandaları arasında rayon birinciliyi keçirilib.

Strateq.az Naxcivantv.az-a istinadla xəbər verir ki, yarışda 8 komanda Olimpiya sistemi üzrə mübarizə aparıb. 

Yekunda bütün rəqiblərinə qalib gələn Kolanı kənd tam orta məktəbinin komandası qalib olub.

Digər iki pillədə Külüs və Şahbuz şəhər 1 nömrəli tam orta məktəblərinin komandaları qərarlaşıblar.

Sonda qalib komandalar mükafatlandırılıb.