XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

11 Dekabr 2017 - 10:06

Misirdə 3500 illik mumiya  aşkar edilib –FOTO

Misirdə 3500 illik sarkofaqlar aşkar edilib.

AZƏRTAC "webtekno.com" saytına istinadla xəbər verir ki, eramızdan əvvəl 1550-1292-ci illərə aid sarkofaqlar misirli arxeoloqlar tərəfindən tapılıb.

Misir rəsmilərinin məlumatına görə, sarkofaqların ikisi Qahirə qəbiristanlığında aşkar olunub. Həmin sarkofaqların qədim paytaxt şəhəri Thebesin yüksək vəzifəli məmurlarına aid olduğu güman edilir. Arxeoloqlar sarkofaqların içində rəngli taxta heykəllər, maskalar və mumiya da tapıblar. Qeyd olunub ki, həmin əşyalar ölən insanların şəxsiyyətini müəyyənləşdirə bilər. Bununla əlaqədar araşdırmalar davam etdirilir.