XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

11 Dekabr 2017 - 23:15

2010-cu ildə 10.000 bitcoinə 2 pizza almış şəxsi tapa bilmirlər

Bitcoinin məzənnəsi ilə bağlı hər bir xəbərdə hansısa şəxs amerikalı proqramçı Laslo Hanyekzi xatırlayır.

Belə ki, Laslo bitcoin vasitəsilə ilk dəfə real bir şey alan şəxs kimi tanınır. 2010-cu ildə o, ümumi qiyməti 41$ olan iki pizzanı almaq üçün o, digər şəxsin hesabına 10.000 bitcoin keçirtmişdi. Hal hazırda olan məzənnəyə əsasən isə 10.000 bitcoin 140 milyon dollardan çox vəsait edir. Artıq yaşının 36 olması düşünülən Laslonun isə harda olduğu bilinmir. Bu ilin yaz fəslində onu Reddit platformasının istifadəçiləri tapmağa çalışmışdılar. Lakin bu səylər heç bir nəticə vermədi. 2013-cü ildə onu The New York Times jurnalistləri tapmış və öyrənmişdilər ki, o özünün bütün bitcoinlərini sərf etmişdir. Belə ki, o, bitcoinləri 1$ məzənnə ilə satmış və 4000$ əldə etmişdir.

"Bu, yeni kompüter və bir neçə videokart almaq üçün yetərli idi. Həmin vaxtlarda bitcoinin hansısa dəyərə sahib olması barəsində fikir yox idi. Buna görə də onları pizzaya dəyişmək əla fikir kimi görünürdü. Heç kim bilmirdi ki, onun qiyməti belə qalxacaq” – deyə Laszlo həmin vaxtda bildirmişdi. (Technote)