XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

13 Dekabr 2017 - 13:42

Riyaziyyat  elmində yenilik –Azərbaycanlı siyasətşünas-alim yeni düstur kəşf edib

Riyaziyyat-həndəsə elmində yeni kəşfə imza atılıb.

Strateq.az xəbər verir ki, ixtisasca riyaziyyatçı olmayan, siyasətşünas Elşən Nəsibovun  müəyyən etdiyinə və  isbat etdiyinə  görə, katetləri bərabər ölçüdə olan düzbucaqlı üçbucağın (90 dərəcəli üçbucaq) katetlərinin (düzbucaqlı üçbucağın eni və hündürlük-uzunluq tərəflərinin) uzunluq cəminin 70 faizi onun hipotenuzunun uzunluğuna bərabərdir. Başqa sözlə, katetlərin uzunluğu cəminin 70 faizindən hipotenuzun (onları birləşdirən qarşı tərəfin) uzunluğu alınır. Bu məntiqlə hipotenuzun uzunluğunun tapmaq üçün katetlərin uzunluqları toplanır və 0.7 rəqəminə vurulur.

Düstur: (a+b)x0.7 =c.  a və b burada katetlərdir. c isə hipotenusdur. 0.7 rəqəmi isə 70 faizi bildirir. (0.7 x100). 1 vahidinin 70 faizi 0.7-dir.

Məsələn, eni 10 metr, hündürlüyü (uzunluğu) 10 metr olan düzbucaqlı üçbucağın hipotenuzunun uzunluğu- (10+10)x0.7=20×0.7=14 metrdir; eni 6m, uzunluğu 6m olan düzbucaqlı üçbucağın hipotenuzunun (qarşı tərəflərinin) uzunluğu-(6+6)x0.7=8.4 metrdir.  

Bu formula hipotenuzun uzunluğunun ən asan və sadə yolla  tapılması formulasıdır.

Bu formula bir çox formulaların müəyyən olunmasına kömək edir. Məsələn, bu formula sayəsində  piramidanın qeyri-müəyyən  hündürlüyünü asan tapmaq olur. Müəyyən edilən formula piramidanın apofemasına və oturacağına görə hündürlüyünü müəyyən edən formulanı tapa bilir.

Müəllif iddia edir ki, onun kəşfi dünya riyaziyyat elminə yeni bir töhfədir.    

Elşən Nəsibovun müəyyən etdiyi digər bir formula isə oturacağı kvadrat olan piramidanın həcminin tapılmasından ibarətdir. 

İsbat olunur ki, 1 ədəd kvadratdan əmələ gələn bir kub həcmcə, tutumca iki piramidaya bölünür. Belə ki, piramidanın üçbucaqlarının yuxarı birləşən hissələri  kvadratın kub hissəsinin mərkəzinə perpendikulyar oturur. Buna görə də piramidanın hündürlüyü oturacaq  mərkəzindən yan tərəflərin (üçbucaqların) yuxarıda birləşməsi nöqtəsinə olan xətt  hesab olunur. Bir kubda 6 dədə müstəvi olur. Bu müstəvilərdən ikisi piramidaların oturacaqlarıdır. Qalan dörd ədəd isə piramidaların yan üçbucaqlarını təşkil edir. Bu baxımdan da bir kubdan iki ədəd eyni ölçülü piramida alınır. Lakin bu piramidaların hündürlüyü  6 ədəd müstəvinin meydana gətirdiyi kubun hündürlüyündən kiçik olur. Piramidaların apofemaları (yan tərəflərinin  hündürlüyü) kubun hündürlüyünə (piramıdaların alındığı müstəvilərin hündürlüyünə) bərabər olur. Ona görə də piramidanın həcmi onun oturacaq sahəsinin (kvadrat metrnin)  yan müstəvisinin apofemasının hasilinin yarısına  bərabər olur.

Düstür: AxBxH (yan səthin hündürlüyü): 2=həcm. Burada A və B oturacağın perimetrləridir.   Bu baxımdan  eni 2 m, uzunluğu 2 metr və yan səthinin  hündürlüyü 2 metr olan piramidanın  həcmi 2x2x2:2=8:2=4-dir.  

elsen-1.jpg