XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

16 Dekabr 2017 - 15:03

Uçan taksilər istifadəyə veriləcək- 2024-cü ilə qədər

Amerikanın “Uber Technologies Inc” şirkəti və Braziliyanın “Embraer SA” təyyarəqayırma konqlomeratı elektriklə işləyən təyyarələr şəbəkəsi yaradılması üzrə birgə layihə üzərində işə hazırlaşırlar. Bu təyyarələr 2024-cü ilə qədər taksi xidmətləri istehlakçılarına təqdim ediləcək. Braziliya şirkətinin rəhbəri Paulo Sezar de Suza cümə günü bu haqda məlumat verərək bildirib ki, tərəfdaşlığın biznes modeli və maliyyə öhdəlikləri hələ müəyyən edilməyib.

Azərtac xəbər verir ki, “Uber” şirkətinin istehsala nəzarət şöbəsinin direktoru Ceff Holdenin hələ keçən ay verdiyi məlumata görə, şəhərdaxili uçan taksi xidmətlərindən pullu istifadə artıq 2023-cü ilə qədər başlana bilər. Suza qeyd edib ki, tərəfdaşlar şaquli vəziyyətdə havaya qalxması və enməsi nəzərdə tutulan təyyarənin spesifikasiyalarını tezliklə müəyyən edəcəklər. Bu məqsədlə mühəndislər bir pilotu və dörd sərnişini 800-1000 metr yüksəklikdə daşıyan nəqliyyat vasitələri layihələşdirməyə başlayacaqlar. Daha sonra qeyd edilib ki, təyyarələr batareya ilə işləyəcək və uçuşlararası müddətdə həmin batareyaları doldurmaq üçün cəmi beş dəqiqə kifayətdir.