XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

16 Dekabr 2017 - 19:48

Sındırıldıqdan sonra yenidən bərpa olunan şüşə- FOTO

Tokio Universitetinin alimləri sındırıldıqdan sonra yenidən bərpa olunan şüşə yaradıblar.

Azərtac life.ru saytına istinadla xəbər verir ki, alimlər əsas kimi sintetik polimerdən (polikarbonat) istifadə ediblər. Polimerlərdən yaradılan bərk şüşə əvvəlcə iki hissəyə bölünərək sonradan birləşdirilib. Bunun üçün yarıya bölünən şüşənin otaqda adi temperaturda birləşməsinə iki dəqiqə lazım olub. Strukturun tam möhkəmlənməsi və ağırlıqlara dözməsi üçün 1-6 saat gözləmək lazımdır.

Alimlərin fikrincə, şüşənin yenidən bərpası bölünmüş polimer molekullarının əvvəlki halına qayıdan hidrogen birləşmələrinin effekti sayəsində baş verir.

Tokio Universitetinin professoru Yusuke Yanaqisavanın sözlərinə görə, belə xüsusiyyətlərə malik şüşələr ekologiya üçün daha zərərsizdir.