XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

17 Dekabr 2017 - 15:35

Mamont skeleti 548 min avroya satılıb –Fransada FOTO

 Fransanın Lyon şəhərində keçirilmiş hərracda qədim mamont skeleti €548 000 (təxminən, 1 milyon 88 min manat) qiymətə satılıb.

Skeletin 80 faizi qədim mamontun gerçək sümükləridir, həmin erkək mamontun qalıqları Sibirdə 10 il bundan əvvəl donmuş torpaqda aşkar olunub. Mamontun çeynəmə dişlərində çürümə izləri aşkar olunduğundan, alimlər qədim heyvanın yeməyi çeynəmək qabiliyyətinin zəifləməsi səbəbindən öldüyünü istisna etmir.

Son zamanlarda müşahidə edilən iqlim dəyişməsi nəticəsində Sibirdə minilliklər ərzində donmuş halda olan torpağın donunun açılması, qədim mamontların qalıqlarının aşkar edilməsi hallarına səbəb olub: "Torpağın donu açıldıqca maraqlı tapıntılar əldə olunur – mamontların tükü, dərisi, əzələləri, orqanları, hətta son yeməyi belə, aşkar olunub", – Manchester muzeyinin əməkdaşı David Gelsthorpe BBC-yə bildirib.

Tüklü mamontların Yer üzündə yaşama dövrü ibtidai insan dövrü ilə üst-üstə düşüb.

Mamontların əksəriyyətinin nəsli 10 000 il bundan əvvəl kəsilib. Bu heyvan növünün son nümunələri qrup halında Arktik okeandakı adada 4 000 il bundan əvvələdək yaşayıb. Alimlər hesab edir ki, mamontlar nəslinin tam kəsilməsinin səbəbi insan fəaliyyəti və iqlim dəyişikliyi ilə bağlıdır.