ABŞ-ın Tennessi ştatından olan qadın dünyada ilk dəfə olaraq 24 il əvvəl dondurulmuş embriondan qız uşağını dünyaya gətirib.
Strateq.az-ın məlumatına görə, CBS telekanalı bu barədə məlumat yayıb. Bu ilin mart ayında 26 yaşlı Tina Qibsonun orqanizminə tibbi yolla 1993-cü ildən dondurulmuş halda saxlanan embrion yerləşdirilib. Hamilə qalan Tina noyabrın 25-də sağlam körpə doğub. Qızın adını Emma qoyublar. Tennessi Universitetinin tədqiqatçıları bildirib ki, bu dünyada baş vermiş unikal bir hadisədir: Emma 24 il əvvəl dondurulmuş embriondan dünyaya göz açan ilk körpə olub.
Belə məlum olur ki, Emma anası Tina Qibsondan cəmi bir il kiçikdir.