XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

25 Dekabr 2017 - 14:54

Salyanın mərkəzi küçəsində vaşaq tutuldu –FOTOLAR

Bu gün günorta saatlarında Salyan şəhərinin mərkəzində nadir hallarda rast gəlinən vaşağı görən yerli sakinlər xeyli təəccübləniblər.

Vəhşi heyvanı küçədə görən sakinlər onun kiməsə xətər yetirməsinin qarşısını almaq üçün tutmaq istəsələr də, bu, mümkün olmayıb. Sonradan hadisə yerinə toplaşaraq vəhşi heyvanı təqib edən şəhər sakinlərindən biri heyvanın üzərinə tor ataraq tutmağa müvəffəq olub. Vaşağın Salyan düzündən keçərək şəhərə gəldiyi ehtimal olunur. (Virtualaz.org)