Amerikanın Kolorado ştatında bir neçə vəhşi maral yanacaqdoldurma stansiyasının (YDS) yanındakı mağazaya daim baş çəkib.
Strateq.az xarici nəşrə istinadən xəbər verir ki, onları şokolada qonaq edilən dişi maral gətirib. Satıcı Lori Consun sözlərinə görə, o heyvanları dəfələrlə YDS-in yanında görüb, amma necə olubsa, onlardan biri ürəklənib və mağazaya daxil olub. O, satıcıya qətiyyən əhəmiyyət verməyib. Əvvəlcə günəş eynəklərinə, sonra dondurma və çipslərə nəzər salıb. Qadın dişi maralı yalnız şokolada qonaq edəndən sonra bayıra çıxara bilib. Satıcı bundan sonra mağazaya iş başına dönüb, amma heyvan bir neçə dəqiqədən sonra mağazaya qayıdıb – artıq bu dəfə balaları ilə. Cons çağırılmamış qonaqların hərəsinə bir şokolad yedirdib.
Amma bir az keçəndən sonra mağazanın astanasında başqa marallar da görünməyə başlayıb və Cons analyıb ki, “məclis” onları da iştaha gətirib…
Cons: “Onların günahı yoxdu, mən səhv buraxmışdım”…