XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

30 Dekabr 2017 - 18:46

İlk pilotsuz qatar xəttə buraxılıb- Pekin metrosunda

Pekində metro xəttinə ilk dəfə olaraq tam avtomatlaşdırılmış, pilotsuz qatar buraxılıb.

"Report" xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

"Yanfan" yeraltı dəmir yolunun yeni qolunun uzunluğu 14,4 kilometrdir. O, doqquz stansiyaya açılır. Xətt Pekin yaxınlığındakı Yanşanı Fanşan rayonu ilə birləşdirir. Burada eniş edib şəhərin mərkəzinə getmək mümkündür.

Qeyd edilir ki, qatar Çində istehsal edilib. Onun maksimal sürəti saatda 80 kilometrdir.

Qatarın tam avtomatlaşdırılmasına baxmayaraq, kabinədə fövqəladə hallara qarşı maşinist var.