XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 January 2018 - 12:45

“Google” dən maraqlı yenilik –Danışa bilən nitq generatoru yaradıldı


“Google” korporasiyasının mütəxəssisləri canlı insan səsindən fərqlənməyən və danışa bilən nitq generatoru yaradıblar. “Tacotron-2” adlı sistem mətni nitqə yüksək keyfiyyətlə çevirə bilir.

Hi-news.ru saytının verdiyi məlumata görə, proqram neyroşəbəkələrdən ibarətdir. Birinci neyroşəbəkə mətn əsasında spektroqram yaradaraq “WaveNet” adlı ikinci alqoritmə ötürür. “WaveNet” onu səsləndirir.

“Tacotron-2” çətin tələffüz olunan sözlərin öhdəsindən asanlıqla gəlir və vərəqdən oxuyaraq durğu işarələrini nəzərə alır. Sistem cümlənin sonunu və başlanğıcını intonasiya ilə ayırır.

Proqramın işinin nümunələri artıq sistemin səhifəsində yerləşdirilib. Yeni sistemin tezliklə tətbiq olunması gözlənilir.