XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

07 Yanvar 2018 - 12:05

ABŞ-da uçuş təhlükəsizliyi pik nöqtədə –2017-ci ildə təyyarə qəzası nəticəsində ölən şəxs olmayıb

Ötən ilin ən mühüm hadisələrindən biri baş verməmiş hadisə oldu. 

The Washington Post qəzetinin yazdığına görə, 2017-ci ildə bir nəfər də olsun adam iri sərnişin təyyarəsi qəzasında həyatını itirmədi. Bu, ticari aviasiya işə düşdükdən bəri ilk belə il idi. Aviasiya Təhlükəsizlik Şəbəkəsi 2017-ci ildə 37 milyon reysin həyata keçirildiyini xəbər verir. Bu, bir il ərzində tarixdə ən çox qeydə alınan uçuş sayıdır. Eyni zamanda qəzanın baş verməməsi təyyarə səyahəti təhlükəsizlyinin son dövrlərdə necə inkişaf etdiyini və necə təhlükəsiz olduğunu göstərir.

Təsadüfu deyil ki, statstik baxımdan adamın aeroporta gedərkən yolda avtomobil qəzasına düşmə ehtimalı təyyarənin qəzaya uğramasından daha böyükdür. 2017-ci ilin statistikasına hərbi və karqo təyyarələrinin qəzaları daxil deyil. Belə ki, kiçik propeller və karqo təyyarələrinin ümumilikdə 10 qəzası nəticəsində səmada 44, yerdə isə 33 adam həyatlarını itirib. Hətta bu kateqoriyada da 2016-cı ilin 16 qəzası və 303 itkisi ilə müqayisədə 2017-ci ildə əhəmiyyətli yaxşılaşma nəzərə çarpır.

Maraqlıdır ki, qəzaların sayı ilə aviasiya sərnişinlərinin qəzəbi arasında tərs mütənasib müşahidə olunur. Washington Post yazır ki, reyslərin çoxalması, sosial mediadan geniş istifadə, bahalaşan bilet qiymətlər və daralan oturacaq sahəsi narazı sərnişinlər arasında “hiddət renessansına” yol açıb.

“United Airlines” şirkətinin səhmləri qana bələnmiş adamın təyyarədən zorla çıxarılmasını göstərən video yayıldıqdan sonra xeyli dəyər itirdi. Yaponiyada aviaşirkət əlil arabasında olan adamın əlləri ilə pilləkənləri qalxmağa məcbur olmasına görə üzr istədi. “American Airlines” aviaşirkətinin reysi zamanı havada təlatüm 10-dan çox sərnişinin yaralanmasına səbəb oldu.

Adrian Young Washington Post qəzetinə deyir ki, yenilənmiş texnologiya və təkmilləşdirilmiş ekipaj təlimləri təhlükəsizlik sahəsində rekord vurulmasına zəmin yaradıb. Təyyarə qəzaları az-az baş verir, və olanda da sərnişinlərin sağ qalmaq ehtimalı daha yüksək olur. Kabinələrin alova dözümlü olması insanların tez bir zamanda evakuasiya edilməsinə imkan verir.

Ancaq texnologiyanın inkişafı bəzən təhlükənin artmasına da şərait yaradır. Belə ki, litium batareyaları ilə işləyən noutbuklar, smartfonlar və tabletlər bəzən qıza və səmada ikən fövqəladə hadisəyə səbəb ola bilər.

Avia-təhlükəsizlıik şirkətinin məsləhətçisi Con Koks 2017-ci ilin səmalarda təhlükəsiz keçməsinə görə bir şəxsə yaxud bir amillə əlaqələndirmir. “Bu, minlərlə adamın on illər boyu apardığı işin bəhrəsidir. Bu, bir illik fenomen deyil,” ekspert deyir. (Amerikanın Səsi)