XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

07 Yanvar 2018 - 19:24

Az yatan şəxslərin həyat düzəni pozulur –ABŞ alimlərinin tədqiqatı

Amerikalı alimlər insan üçün yuxunun çox önəm daşıdığına dair yeni araşdırmalar aparıblar vəəyyən ediblər ki, az yatan şəxslərin həyat düzəni pozulur.

Bu barədə “Eurekalert” portalı məlumat yayıb. Verilən məlumatlara görə, Nyu-York universitetindən alimlər bu məsələ üzərində uzun müddət tədqiqatlar aparıblar. Aparılan araşdırmalardan sonra məlum olub ki, hər bir insan gündə ən azı 8 saat yatmalıdır. Bu insan normasıdır. Gündə səkkiz saatdan az yatan insanlarda günü-gündən psixoloji problemlər yaranır.

Belə insanlar ən çox depressiya və narahatlıqdan əziyyət çəkirlər. Həmin şəxslər mənfi fikirlərə daimi konsentrasiya olurlar. Bu ruhi xəstəliklərin inkişafına kömək edir. Amerikalı alim Meredit Koulz açıqlamasında deyib ki, az yatan insan intihara meyilli olur.

Biz müəyyən etmişik ki, belə insanlar çox kövrək və həssas olurlar. Onlar depresiyaya tez düşür. Hətta belə şəxslər problemdən çıxış yolunu özünü öldürməkdə görürlər”, – deyə Meredit Koulz bildirib.