XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

08 Yanvar 2018 - 21:50

ABŞ şirkəti kosmosa məxfi peyk  göndərib –Hansı orbitə aparılması açıqlanmır

Space X şirkəti 2018-ci ilk dəfə olaraq məxfi peykini uğurla orbitə göndərib.

Özəl şirkətin Falkon adlı pilotsuz raketi bazar günü gecə saatlarında ABŞ-ın Florida ştatındakı Keyp Kanaveral uçuş mərkəzindən Zoma adlı peyk aparatını fəzada adının açıqlanmadığı orbitə aparıb. Yenidən istifadə edilə bilən Falkon raketi fəzaya qalxdıqdan cəmi bir neçə dəqiqə sonra təhlükəsiz şəkildə geriyə, uçuş platformasına enib.

Peyki ABŞ-ın Northrop Grumman adlı aviasiya və müdafiə texnologiyaları şirkəti yaradıb. Lakin layihəyə və onun missiyasına hansı hökumət agentliyinin rəhbərlik etdiyi məlum deyil. (Amerikanın Səsi)