XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

09 Yanvar 2018 - 20:26

ABŞ-da dondurucu hava davam edir –Sudakı timsahlar belə dondu + VİDEO

ABŞ-ın Şimali Karolina ştatında "Shallotte River Swamp Park" Milli Parkında alliqatorlar (timsah) su ilə birgə donublar.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, onlar yuxuya dalıblar və bilərəkdən burun və ağız hissələrini suyun üzərinə çıxarıblar.

Milli parkın nümayəndələri bildirirlər ki, temperatur yüksələn kimi, alliqatorlar oyanacaq.

Qeyd edək ki, son həftələr ABŞ-ın bir sıra ştatlarında şaxtalı hava hökm sürür və qar yağır. Havanın temperaturu -30 dərəcəyə qədər enib, donanlar var.