XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

10 Yanvar 2018 - 15:03

Əmirliklərin 2000-dən çox sakini kosmosa yollanmağı arzulayır- UAE Space Agency

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 2000-dən çox sakini ilk milli kosmonavtlar dəstəsinə daxil olmaq barədə istəklərini bildirib və Milli Kosmik Proqramda iştirak üçün müvafiq ərizələrini təqdim ediblər. Bu barədə BƏƏ-nin Kosmik Agentliyi (UAE Space Agency) məlumat yayıb.

Azərtac xəbər verir ki, bu il ilk milli kosmonavtlar dəstəsinə Əmirliklərin 4 sakini daxil ediləcək. Həmin Beynəlxalq Kosmik Stansiya 2021-ci ildə – BƏƏ-nin yaranmasının 50-ci ildönümündə buraxılacaq. Ən kiçik namizədin 18 yaşı var, ən böyüyünün yaşı isə 60-ı keçib. Agentlikdə hesab edirlər ki, bu cür statistika cəmiyyətin yüksək inkişafını nümayiş etdirir. Onlar cəmiyyətin kosmosa marağını artırmaq məqsədilə zəruri tədbirlər görməyi və kosmosa uçmaq istəyən iddiaçıların sayını artırmağı vəd edirlər.