XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

15 Yanvar 2018 - 00:11

Dənizin ortasında qeyri-adi yanğın –VİDEO

Cənub-şərqi Çin dənizində İran tankerinin qəzaya uğramasından sonra dənizdə qalan neft məhsullarının qalıqları güclü şəkildə yanmağa başlayıb.

Axar.az RT-yə istinadən xəbər verir ki, helikopterdən lentə alınan videoda yanğının mərkəzindən bir neçə km havaya qalxan tüstü qatı müşahidə edilir.

Məlumata görə, qəza nəticəsində dənizə yayılan qaz kondensatının həcmi 136 min tondur.

Xatırladaq ki, 6 yanvar tarixində Panama bayrağı altında İrandan Cənubi Koreyaya gedən SANÇİ adlı neft tankeri Çinin şərq sahillərində Honkonqun CF CRİSTAL yük gəmisi ilə toqquşub. Toqquşma nəticəsində tankerin ekipajının bütün üzvləri həlak olub.