XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

16 Yanvar 2018 - 19:44

Naxçıvanın müdafiəsində iştirak edən cəsur Əli bəy Əzimbəyov kim olub? –FOTO


Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinin yaxınlaşması ilə əlaqədar “Azərbaycanca Vikipediya”da AXC-nin tanınmış şəxsiyyətləri haqqında məqalələr yaradılır, onlar barədə yarımçıq qalmış məlumatlar redaktə edilir.

Bu günlərdə AMEA Mərkəzi Elmi Kitabxanasının Vikipediya təlim iştirakçısı tərəfindən erməni daşnaklarının Naxçıvan və ətraf qəzalara hücumlarının qarşısının alınmasında fəal iştirak edən Əli bəy Əzimbəyovun həyatı və döyüş yolu haqqında “Azərbaycanca Vikipediya”da məqalə yaradılaraq oxucuların istifadəsinə verilib. Əli bəy Əzimbəyovun həyatı və döyüş yolu haqqında aşağıdakı link vasitəsilə ətraflı tanış olmaq olar. 

Qeyd edək ki, Əli bəy Əzimbəyovun oğlu Aydın Əzimbəyov Azərbaycanın və Özbəkistanın görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının Özbəkistanda fövqəladə və səlahiyyətli ilk səfiri olub. Aydın Əzimbəyov iki qardaş ölkə arasında əlaqələrin inkişafında müstəsna rol oynayıb.

https://az.wikipedia.org/wiki/%C6%8Fli_b%C9%99y_%C6%8Fzimb%C9%99yov

Strateq.az