XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

22 Yanvar 2018 - 12:41

İt sahibini tüfənglə öldürdü –Rusiyada

Rusiyanın Saratov vilayətinin Krasnokutsk rayonunda ov zamanı bir kişi ölüb.

Trend-in məlumatına görə, 64 yaşlı yerli sakin ov ərazisinə gələrək avtomobilin baqajında saxladığı iki köpəyini açıb buraxıb. Bu zaman oynaşan hevvanlardan birinin pəncəsi yanlarında olan "TOZ-34" markalı ov tüfənginin tətiyinə toxunub. Silahdan açılan güllə ovçu qarın nahiyəsinə tuş gəlib.

Ovçu atəş səsinə gələn yaxınlıqdakı şəxslərin köməyi ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.