XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Yanvar 2018 - 13:16

Dünyanın ən böyük fincanı- FOTO

 

Dubayda yeni dünya rekordu müəyyən olunub. Yerli KİV-lərin yaydığı məlumata görə, bu rekord içərisində 5 min litr həcmində isti “Karak” çayı olan ən böyük fincan şəklində Ginnesin Rekordlar Kitabına daxil olacaq.

Azərtac xəbər verir ki, fincanın hündürlüyü 3,66 metr, daxili diametri 1,42 metrdir. Bu qədər çay 55 min standart fincanı doldurmaq üçün kifayətdir.

Rekord “GlobalVillage” yarmarkasında müəyyən olunub. Dünyada ən böyük fincan yarmarkada fevralın 1-dək nümayiş etdiriləcək və yarmarkaya gələnlərin hamısı onun fonunda şəkil çəkdirə biləcəklər.

Bildirilir ki, çayı bir neçə saat ərzində 120 aşpaz dəmləyib. Onu hazırlamaq üçün su ilə yanaşı, 155 kiloqram çay pudrası, 270 kiloqram quru süd, 360 kiloqram şəkər, 135 kiloqram zəncəfil, 4,5 kiloqram mixək, 27 kiloqram darçın və 27 kiloqram hil lazım gəlib.