XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

26 Yanvar 2018 - 15:31

İnsanabənzər robot Sofiya bu sualı eşidib xarab oldu:“Korrupsiyanın öhdəsindən necə gəlmək olar?”

Davosda dünyanın ən ağıllı və ilk dəfə vətəndaşlıq alan robotu Sofiyanın iştirak etdiyi sessiyada kuryoz hadisə yaşanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, insanla söhbət etmək bacarığına sahib olan Sofiya sponsorların hesabında Davosda təşkil edilən “Ukrayna evi”ndə olub. Robot “Ukraynada korrupsiyanın öhdəsindən necə gəlmək olar” sualı qarşısında “tab gətirməyib”. Bu barədə Ali Radanın deputatı Alyona Şkrum yerli KİV-ə məlumat verib. Avtomatda nasazlıq yarandığı üçün Sofiya suala cavab verə bilməyib.

Deputatın sözlərinə görə, robotun skripti xarab olub, prosessoru donub.