XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 January 2018 - 17:41

Bakteriyaları aşkarlayan smartfonlar- FOTO

ABŞ-ın Massaçusets Universitetində qida məhsulları ilə məşğul olan tədqiqatçılar tərkibinə bakteriyaları cəlb edən 3-MBPA adlı çip hazırlayıblar. Smartfonla əlaqələndirilmiş çip qidada olan zərərli bakteriyalar haqqında xəbərdarlıq edəcək.

Azərtac  “naked-science.ru” saytına istinadla xəbər verir ki, telefona yüklənmiş xüsusi proqram çipdə olan bakteriyaların miqdarını hesablayacaq. Qidanın yoxlanılmasının nəticələri iki saat sonra məlum olur. Bakteriyaların aşkarlanmasının daha sürətli üsulları olsa da, istehsalçılar yeni sistemin bütün metodlardan daha dəqiq və etibarlı olduğunu iddia edirlər.