XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

28 Yanvar 2018 - 17:30

ABŞ tədqiqatçıları bakteriyaları aşkarlayan smartfonlar hazırlayıblar –FOTO

ABŞ-ın Massaçusets Universitetində qida məhsulları ilə məşğul olan tədqiqatçılar tərkibinə bakteriyaları cəlb edən 3-MBPA adlı çip hazırlayıblar. Smartfonla əlaqələndirilmiş çip qidada olan zərərli bakteriyalar haqqında xəbərdarlıq edəcək.

AZƏRTAC “naked-science.ru” saytına istinadla xəbər verir ki, telefona yüklənmiş xüsusi proqram çipdə olan bakteriyaların miqdarını hesablayacaq. Qidanın yoxlanılmasının nəticələri iki saat sonra məlum olur. Bakteriyaların aşkarlanmasının daha sürətli üsulları olsa da, istehsalçılar yeni sistemin bütün metodlardan daha dəqiq və etibarlı olduğunu iddia edirlər.