XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

31 Yanvar 2018 - 18:06

10 Gb əməli yaddaşa malik ilk smartfon hazırlanır- Çində

Çinin “Vivo” şirkətinin mütəxəssisləri tərəfindən 10 Gb əməli yaddaşa malik ilk smartfon hazırlanır.

Azərtac AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun saytına istinadla xəbər verir ki, “Vivo Xplay 7” 512 Gb daimi yaddaş, “Snapdragon 845” mikroprosessoru, 4K formatlı displey, həmçinin “Vivo X20 Plus UD” modeli kimi displeyə inteqrasiya edilmiş barmaq izləri skaneri ilə təchiz olunacaq. Yeni smartfon sahibini əvvəlkilərdən daha tez tanıyacaq.

Daktiloskopik sensor yeganə identifikasiya metodu olmayacaq. Belə ki, istehsalçılar son tendensiyaları izləyərək qurğunun təhlükəsizlik sistemini “Face Unlock” ikinci nəsil sifətin tanınması texnologiyası ilə tamamlamağı planlaşdırırlar. “Vivo Xplay 7” smartfonunun satışa çıxarılma tarixi və qiyməti hələlik məlum deyil.