XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

23 Fevral 2018 - 10:48

Dünyanın ilk rəssamları neandertal insanlar olub –İspaniyada 100 min il əvvələ aid rəsmlər tapılıb

Neandertallar ilk rəssamlar hesab olunublar.

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, rəssamlıq yaradıcılığında ilk işlər 100 min il əvvələ təsadüf edir.

Tədqiqatçılar İspaniyanın cənub-şərqində rəssamlığın izləri görünən mağaralar tapıblar. Boyalar, dəniz qabıqları üzə çıxıb. Ehtimal olunur ki, 100 min il əvvəl burda rəssamlar olub.

Eyni zamanda mağaraların birində 60 min il əvvəl çəkilmiş rəsm tapılıb. Bu yəqin ki, ən qədim rəssamlığa aid işlər sayıla bilər.