XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

01 Mart 2018 - 20:48

Dünyanın ən zəngin türkləri kimlərdir? –SİYAHI

Ən zəngin 100 türkün sıralandığı “Forbes 100” reytinq cədvəli bu il 13-cü dəfə yayımlanıb. 

Türkiyə mətbuatı xəbər verir ki, bu il siyahıda 9-u yeni olmaqla sərvəti 1 mlrd. dollardan çox olan 40 nəfər var. 

"Forbes 100"ə daxil olanların ümumi sərvəti isə ilk dəfə 120 mlrd. dolları keçərək rekord vurub və 121,4 mlrd. dollar təşkil edib. Bunun 72,4 mlrd. dolları milyarderlərə məxsusdur. 

Siyahının lideri 5-ci dəfə Murat Ülkər olub. Onun sərvəti 4,8 mlrd. dollardır. 

Növbəti yerlərdə Erman Ilıcak (4 mlrd. dollar), Hüsnü Özyeğin (2,9 mlrd. dollar), Osman Kibar (2,8 mlrd. dollar), Mustafa Küçük (2,7 mlrd. dollar), Semahat Arsel (2,6 mlrd. dollar), Rahmi Koç (2,5 mlrd. dollar), Şarık Tara (2,5 mlrd. dollar), Ferit Şahenk (2,4 mlrd. dollar) və Filiz Şahenk ( 2,3 mlrd. dollar) qərarlaşıb. 

Report