XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

02 Mart 2018 - 16:44

İki mindən çox sadə vətəndaş ingilis şahzadəsi Harrinin toyunda iştirak edəcək –Dəvətnamə verilib

Böyük Britaniya şahzadəsi Harri və onun nişanlısı, amerikalı aktrisa Meqan Markl Windsor qəsrində keçiriləcək toylarına 2 min 640 nəfər sıravi Britaniya vətəndaşını dəvət ediblər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə martın 2-də Kensington sarayı məlumat yayıb.

Mayın 19-da Müqəddəs Georgi kilsəsində keçiriləcək nikah mərasimində cütlüyün qohumları və dostları, Avropanın kral ailələrinin üzvləri, həmçinin rəsmi şəxslər iştirak edəcəklər. Mərasimdən sonra onlar faytonla Windsor qəsrinə gələcək. Burada onları müxtəlif sahələrdə liderlik keyfiyyətlərini göstərən 1,2 min britaniyalı gənc, həmçinin müxtəlif xeyriyyə təşkilatlarının 200 nümayəndəsi, yerli məktəblərin 100 şagirdi və kral sarayının mindən çox əməkdaşı izləyəcək.

Qeyd edək ki, populyar “Fors-majorlar” (Suits) çoxseriyalı bədii filminin ulduzu olan Meqan Markl ərə getmək xatirinə aktrisa karyerasından imtina edib.