Yaponiya Poçtu şöbələr arasında məktubların çatdırılması məqsədilə şəhər küçələrində hərəkət edəcək pilotsuz avtomobillərin sınağına başlayıb.
Azərtac Kyodo agentliyinə istinadla xəbər verir ki, parlaq qırmızı rəngdə, üzərində Yaponiya Poçtunun emblemi olan pilotsuz avtomobilin təqdimatı martın 7-də Tokioda olub.
Sınaqlar zamanı pilotsuz avtomobilin Yaponiya Poçtunun mənzil-qərargahından təqribən iki kilometr məsafədə yerləşən Qinza rayonundakı digər şöbəyə hərəkəti nəzərdə tutulur. Sınaqların keçirilmə vaxtı barədə hələlik məlumat verilmir.