XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

12 Mart 2018 - 18:17

Çində 16 min il yaşı olan insan kəlləsi tapılıb –FOTO

Çinin cənubundakı Quansi Cuan Muxtar Rayonu ərazisində 16 min yaşı olduğu güman edilən insan kəlləsi tapılıb.

AZƏRTAC Çin KİV-lərinə istinadla xəbər verir ki, kəllə sümüyü Lunan şəhərindən 13 kilometr məsafədə yerləşən dağdakı mağarada tapılıb. Mağara 2014-cü ildə aşkar edilib, bir il sonra isə arxeoloji qazıntılara başlanılıb.

Tarixçi-arxeoloq Yü Minhuy bildirib ki, bu, Çinin cənub hissəsində tapılan və qədim dövrə aid ilk bütöv insan kəlləsidir. Ərazidə bundan başqa, 10 mindən çox daş alət tapılıb.